Interposta.Info

Azərbaycanı Avropa Kubokunda təmsil edəcək həndbol klubları müəyyənləşib

 

İdman
 Dünən, 16:19     4 320

Azərbaycanı Avropa Kubokunda təmsil edəcək həndbol klubları müəyyənləşib.

Bu barədə "İnterPosta" Həndbol Federasiyasından məlumat verilib.

Nüfuzlu yarışda iki kişi və iki qadın komandası mübarizə aparacaq.

Kişi həndbolçular arasında sonuncu Azərbaycan çempionatının qalibi “Kür” və gümüş mükafatçı “Bakı” qitəmiqyaslı yarışa qatılacaq. Avropa Kubokunda ilk mərhələdən azad olan təmsilçilərimiz mübarizəyə ikinci raunddan qoşulacaqlar.

Ümumilikdə bu mərhələdə qitənin 55 komandası yarışacaq. İlk mərhələdən gələn 9 komanda ilə iştirakçılar mübarizəni 1/32 finaldan davam etdirəcəklər.

İkinci raundun ilk oyunları oktyabrın 11-12-də, cavab matçları isə 18-19-da keçiriləcək.

Qadın həndbolçular arasında Avropa Kubokunda isə ölkəmizi Azərbaycan çempionu “Azəryol” və 3-cü yerin sahibi “Kür” təmsil edəcək. Bütün komandalar yarışa ikinci mərhələdən start verəcəklər. Burada 50 komanda mübarizə aparacaq. Reytinq xalı yüksək olan digər 7 klub isə turnirdə 3-cü mərhələdən çıxış edəcək.

İkinci raundun ilk oyunları sentyabrın 27-28-də, cavab matçları isə oktyabrın 4-5-də baş tutacaq.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26