Salyanda dəhşətli yanğın:
Salyanın Boranıkənd kəndində baş vermiş yanğın zamanı 2 azyaşlı ölüb.
"XeberBiz" "Report"a istinadən xəbər verir ki, yanan evdə qalmış azyaşlıların cəsədi içəridən çıxarılıb.
Qeyd edək ki, hadisə Novruz Mübariz oğlu Bəhrəmliyə məxsus evdə baş verib. Uşaqlar 5-6 yaşlarındadır.
***
09.45
Salyanda yanğın hadisəsi baş verib.
Hadisə səhər saatlarında rayonun Boranıkənd kəndində qeydə alınıb.
İlkin məlumata görə, 2 azyaşlı uşaq yanan evdə qalıb. Hələlik azyaşlıların sağ qalıb-qalmamaları barədə məlumat yoxdur.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26