Interposta.Info

İnsanlar virusa daha çox bu yerlərdə yoluxur
 

Ölkə
 8-10-2021, 09:34     255

Rusiyada hər gün kovidə yoluxanlar və ölənlərin sayı artır. Ekspertlər artıq dördüncü dalğanın başladığını bildirir.

"İnterPosta" Medicina.az-a istinadən xəbər verir ki, immunoloq həkim, professor Andrey Prodeus insanların ən çox işdə, restoranda və evdə virusa yoluxduğunu açıqlayıb:

"Virus insandan insana yaxın məsafədən, qapalı yerdə, ağzı maskasız ünsiyyət və danışıq zamanı hava-damcıların ətrafa yayılmasından yoluxur. Bu isə daha çox evlərdə, ofislərdə mümkündür. Yoluxduruculuq üçün insanın 15 dəqiqə xəstə yanında ağzı açıq dayanıb söhbət etməsi kifayətdir.

Ona görə də çöldə, avtobusda maska taxdım, əllərimi yumuşam, mənə virus keçməz deyirsizsə, yanılırsız. Siz ağlınıza gəlməyən yaxın bir adamdan yoluxursuz. Bu sizin ətrafınızdır. Ona görə peyvəndlənin ki, evdə, işdə rahat olasız”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26