Interposta.Info

Bu qan qrupu olanlar koronavirusa daha tez yoluxur

Müxtəlif
 23-03-2020, 10:15     441

Koronavirus yeni virus deyil. Lakin pandemiyaya qədər bu virus özünü yalnız yüngül soyuqdəymə simptomları ilə büruzə verirdi.

"İnterPosta" Saglamolun.az-a istinadən xəbər verir ki, koronavirus bir çox digər respirator viruslar kimi mutasiyalara uğrayır. Növbəti belə mutasiyanın nəticəsində onun yeni təhlükəli ştamı - COVID-19 əmələ gəlib. Məhz bu səbəbdən koronavirusu bəzən "yeni” adlandırırlar.

COVID-19 mütəxəssislər tərəfindən indi-indi öyrənilir və hər dəfə yeni məlumatlar ortaya çıxır.

Belə ki, statistika göstərir ki, II-ci qan qrupu olan insanlar koronavirusa daha tez-tez yoluxur. Bunun səbəbi hələ ki məlum deyil.

Son araşdırmaların nəticələrinə görə, kişilər koronavirusa qadınlarla müqayisədə daha tez-tez yoluxur və onlarda ağır fəsadların (pnevmoniya və s.) riski daha yüksəkdir. Kişi siqaret çəkirsə bu risk daha da artır.

Eyni zamanda nəzərinizə çatdırmaq istərdik ki, mütəxəssislərin əksəriyyəti koronavirusu "zəif" kimi qiymətləndirir və sübut edirlər ki, sadə profilaktik qaydalara əməl etməklə bu virusdan və onun ağırlaşmalardan qorunmaq mümkündür.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26