Interposta.Info

Müştərinin öldürüldüyü kafedə tez-tez dava olurmuş (VİDEO)

Ölkə
 1-09-2021, 17:30     351

Avqustun 29-da axşam saatlarında "Berlin Pub” kafesində baş verən qətl hadisəsindən sonra bu məkan ətrafında müzakirələr davam edir. Tanınmış məşqçi və həmin obyektin mühafizəçisi Orxan Şahbazovun müştəri Vüqar Mustafayevi döyərək öldürməsindən sonra "Berlin Pub”ın daim qalmaqallı və dava-dalaşlı məkan olduğu qeyd olunur.

Həmin məkanın yerləşdiyi yaşayış binasının sakinlərindən bir neçəsi "Qafqazinfo”ya müraciət edərək bildirib ki, təxminən bir il əvvəl fəaliyyətə başlayan "Berlin Pub”da mütəmadi olaraq dava baş verirmiş: "Səs-küy daim yüksək olurdu, polisə dəfələrlə şikayət etmişdik. Gəlib xəbərdarlıq edib gedirdilər. Polislər deyirdi ki, karantin rejimi saat 12-yə kimidir, onlar da karantin rejimini pozmadığı üçün heç nə edə bilmərik. Davalar da həmişə kafenin çölündə olduğu üçün "Berlin Pub”ın rəhbərliyinə bir söz deyilmirdi. Amma bütün davalar "Berlin Pub”ın rəhbərliyinin nizam-intizamsızlığı ucbatından baş verirdi”.

Klubda müştərini döyərək öldürən şəxs məşhurların mühafizəçisi imiş



Sakinlərin redaksiyaya təqdim etdiyi dava görüntülərinin birində mühafizəçi Orxan Şahbazov da kadrlarda görünür.
[media=https://ok.ru/video/2762066299498]

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26