Berlin Türkiyədəki alman banklarına nəzarəti gücləndirir
Almaniyanın maliyyə sektoruna nəzarət üzrə federal idarəsi (BaFin) Türkiyədə əməliyyatlar aparan alman banklarının işinə daha sərt nəzarət edəcək.
AZƏRTAC Almaniya maliyyə bazarlarının “Börsen-Zeitung” qəzetinə istinadla xəbər verir ki, maliyyə təsisatları öz fəaliyyəti barədə müntəzəm surətdə, həftədə bir neçə dəfə AFR-in nəzarət orqanı qarşısında hesabat verəcəklər. Bu qayda onlarca banka şamil edilə bilər.
BaFin bu məlumatı hələlik şərh etməyib.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26