Interposta.Info

İdman mərc oyunlarının operatorları

İdman
 19-04-2017, 16:59     848

Azərbaycanda idman mərc oyunlarının operatoru Maliyyə Bazarlarına Nəzarət Palatasına hər il sabit olaraq 475 min manat haqq ödəməlidir.

APA-nın məlumatına görə, bu, Maliyyə Bazarlarına Nəzarət Palatasının “Maliyyə bazarlarında nəzarət edilən subyektlər tərəfindən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına ödənilən haqların tənzimlənməsi Qaydaları”nda əksini tapıb.

Lotereya təşkilatçısı üçün isə sabit illik dövrü ödəniş 160 min manat müəyyənləşdirilib.

Bundan əlavə, Maliyyə Bazarlarına Nəzarət Palatasına poçt rabitəsinin milli operatoru 70 min manat, fond birjaları 15 min manat, investisiya şirkətləri 10 min manat, klirinq təşkilatları 15 min manat, investisiya fondları 20 min manat, investisiya fondlarının idarəçiləri 10 min manat illik sabit dövri ödəniş etməlidirlər.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26