Maliyyə Bazarlarına Nəzarət Palatasında sistem çökdü
Maliyyə Bazarlarına Nəzarət Palatasında elektron xidmətlər sistemində problem yaranıb.
"XeberBiz" xəbər verir ki, bu barədə RealTV.az-a banklardan məlumat verilib.
İlkin məlumata görə, səbəb Maliyyə Bazarlarına Nəzarət Palatasının yerləşdiyi binada – Bülbül prospekti 27 ünvanında elektrik enerjisinin verilməsində yaranmış problemdir. Belə ki, səhər saatlarında binaya elektrik enerjisinin verilməsi dayanıb, generatorlar isə işləməyib. Nəticədə elektron xidmətlər üçün nəzərdə tutulmuş serverlər işini dayandırıb.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26