Interposta.Info

Jurnalistlərin binası işıqsız qaldı

Ölkə
 17-04-2020, 12:34     400

Bu gün səhər saatlarında "Jurnalistlərin binası"nda elektrik enerjisinin təchizatı dayanıb.

"İnterPosta" xəbər verir ki, faktı "Report"a təsdiq edən "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib ki, kəsintiyə səbəb texniki qəzadır:

"Səbail rayonu ərazisində "Azərişıq" ASC-yə məxsus yüksəkgərginlikli xətdə texniki qəza baş verib. Nəticədə həmin xətdən qidalanan 3 yarımstansiyada (102,105 və 108 saylı) elektrik enejisi təchizatı dayanıb.

Həmin yarımstansiyalardan ikisi də Bayıl ərazisində yerləşən jurnalistlərin binalarını elektrik enejisi təchizatı ilə təmin edir. Hazırda əməkdaşlarımızdan ibarət bir neçə briqada ərazidə çalışır. Qarşıdakı saatlarda elektrik enerjisinin verilişi bərpa olunacaq".

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26