Interposta.Info

“Almaniya üçün alternativ” partiyasına nəzarət ediləcək

Dünya
 1-09-2018, 18:40     10 363

Almanların əksəriyyəti “Almaniya üçün alternativ” (AüA) partiyasına Konstitusiyanın müdafiəsi üzrə Federal İdarə tərəfindən nəzarət edilməsinin tərəfdarıdır. “Funke Mediengruppe” nəşriyyat qrupunun sifarişi ilə Civey Sosiologiya İnstitutu tərəfindən aparılmış internet-sorğunun bu gün dərc olunmuş nəticələrindən məlum olur ki, respondentlərin 42,7 faizi bu cür nəzarəti zəruri hesab edir.

AZƏRTAC xəbər verir ki, sorğuda iştirak edənlərin daha 14,5 faizi bu tələbi dəstəkləməyə meyillidir. Sorğu iştirakçılarının 36 faizi isə belə nəzarətin qəti əleyhinədir və ya hesab edir ki, buna ehtiyac yoxdur. Respondentlərin 7 faizi bu suala münasibət bildirməyib.

Avqustun 31-də, Almaniyanın şərqində Xemnits şəhərində sağçı radikallar tərəfindən təşkil olunmuş ksenofob xarakterli çıxışlardan sonra keçirilmiş onlayn sorğuda 5002 nəfər iştirak edib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26