Interposta.Info

Rusiya KİV-də keçirilən sorğuda çoxluq Moskvanın Bakını dəstəkləməli olduğunu hesab edib

Siyasət
 20-07-2020, 08:26     569

Rusiyanın "Vzqlyad" qəzeti öz saytında "Rusiya Ermənistan-Azərbaycan münaqişəsində kimi dəstəkləməlidir" mövzusunda sorğu keçirib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu vaxta kimi sorğuda 23 362 nəfər iştirak edib.

Sorğunun nəticələrinə görə, respondentlərin 30,37%-i hesab edir ki, bu münaqişədə Moskva Bakını dəstəkləməlidir. Sorğu iştirakçılarının 16,63%-i isə Ermənistanı dəstəkləməli olduğunu fikirləşir.

Respondentlərin 52,99%-i hesab edir ki, Rusiya münaqişə tərəflərindən heç birini dəstəkləməli deyil.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26