Interposta.Info

Azərbaycan üçün iki yeni mikrogöbələk növü aşkar edilib

Müxtəlif
 13-07-2026, 15:23     215

AR ETN Botanika İnstitutunun Mikologiya laboratoriyasının müdiri professor Dilzarə
Ağayeva, doktorant Xədicə Apbayeva, biologiya üzrə fəlsəfə doktoru Pərvin Ağayeva
və Ukrayna Milli Elmlər Akademiyasının Botanika İnstitutunun əməkdaşı, biologiya
üzrə fəlsəfə doktoru Tetiana Andrianovanın həmmüəllifliyi ilə “Cənubi Qafqazdan
“Coleroa robertiani” və “Sporocadus rosigena” (Ascomycota) növlərinə dair ilk
qeydlər” (First records of Coleroa robertiani and Sporocadus rosigena (Ascomycota)
from the South Caucasus) adlı elmi məqalə Scopus bazasında indekslənən Q4
kvartilli “Czech Mycology” jurnalında dərc olunub.
Məqalədə qeyd edilir ki, bitkilərlə assosiasiyada olan Coleroa və Sporocadus
cinslərinin nümayəndələri Azərbaycanda zəif öyrənilib və onlara əvvəllər aid edilmiş
növlər hazırda fərqli cinslərə keçirilib. Yuxarıda qeyd edilən növlərə aid herbari
nümunələri Daşkəsən rayonunun Əmirvar və Zivlən kəndlərindən toplanılıb. Çap
işində bu nümunələrə əsasən ətraflı morfoloji təsvirlər, illüstrasiyalar təqdim edilir,
dünyada yayılması və sahib bitkiləri göstəilir və oxşar növlərdən onları fərqləndirən
xüsusiyyətləri təhlil və müzakirə edilir.
Bu tapıntılar Cənubi Qafqazın bütövlükdə biomüxtəlifliyin qaynar nöqtəsi kimi rolunu
vurğulayır, habelə göbələk müxtəlifliyinin və ekologiyasının qlobal
qiymətləndirilməsində əhəmiyyətini dəstəkləyir.
Goldmedia.az


Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26