Interposta.Info

Vaksinləşməyə əhalinin münasibəti necədir? (SORĞU)

Ölkə
 20-01-2021, 14:54     317

İqtisadçı-ekspert Samir Əliyev yanvarın 18-dən
Azərbaycanda başlayan vaksinləşməyə insanların münasibətini öyrənmək məqsədilə sorğu keçirib. İkigünlük sorğuda ümumilikdə 250 nəfər iştirak edib.

''İnterPosta'' sorğunun nəticələrini təqdim edir:

1. Sorğuda iştirak edənlərin yaşı 20-dən yuxarı olub və təxminən yarısı (47,2%) 30-40 yaş qrupunun payına düşüb. Risk qrupu (65+) təmsilçiləri 0,8% olub.



2. Aktivlik yenə də kişilərin xeyrinə olub. Cavab verənlərin 80,8%-i bu cinsin payına düşüb.



3. ​"Könüllü olaraq vaksin vurdurmağa gedəcəksinizmi?” sualına respondentlərin cəmisi 26,8%-i müsbət cavab verib. Respondentlərin 40,8%-i isə mənfi cavablandırıb. Təxminən 1/3 respondent hələ qərar vermədiyini bildirib. Qadınların 43,3,%-I, kişilərin isə 26,2%-i hələ gözlədiklərini göstəriblər.


4. Respondentlərin böyük əksəriyyəti (72,8%) vaksinəşmənin könüllü olmasını dəstəkləyib. Cəmisi 13,2%-i məcburi vaksinləşmə tərəfdarı olub.



5. Vaksinlərin istehsalçılarına gəlincə, respondentlərin yarısı (49,2%) Pfizer-BioNTech vaksinlərini seçiblər. İkinci üstünlük (17,6%) Oksford Universitenin istehsalı olan AstraZeneca vaksinlərinə verilib. Hazırda Azərbaycanda tətbiq edilən CoronaVac vaksinini 13,2% respondent dəstəkləyib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26