Interposta.Info

Trampın əhali içində dəstəyi azalır - ona impiçment istəylənlərin sayı artır

Dünya
 1-09-2018, 12:41     10 444

ABŞ-da prezident Donald Trampdan məmnun olmayan seçicilərin sayının 60%-dən çox olduğu məlum olub.

Musavat.com xarici agentliklər istinadən xəbər verir ki, “Washington Post” qəzeit ilə ABC News tərəfidən birlikdə aparılan rəy soruğsunda ABŞ vətəndaşlaırnın yarısından çoxunun Trampa qarşı olduğu ortaya çıxıb.

“Sorğuda “Donald Trampın prezident olaraq fəaliyyətini bəyənirsinizmi” sualına müsbət cavab verənlərin sayı 36%-i ötməyib.

Sorğu 26-29 avqustda, yəni prezidentin seçki qərargahının keçmiş rəhbəri Pol Manafortun vergi və bank saxtakarlığından hökm yediyi, habelə keçmiş vəkili Maykl Koenin onun intim əlaqədə olduğu qadınları susdurmaq üçün pul ödəməsinin təsdiqini tapdığı günlərdən sonra aparılıb.

“Tramp Koenə qadınlara pul verməsini tapşırıbsa günahkardır” deyənlər 61% olub. Bunun cinayət olmadığına inananlar isə 31%-də qalıb.

Trampın impiçmentə məruz qalmasını istəyənlər 49%-lik göstərici nümayiş etdiriblər. Respondentlərin 46%-i isə impiçmentə qarşı olduqlarını ifadə ediblər.

Rusiyanın 2016-cı ildə prezident seçkilərinə müdaxiləsi məsələsində sorğu iştirakçılarının 63%-i aparılan təhqiqatı dəstəkləyib. Respondentlərin 53%-i isə Donald Trampın bununla bağlı istintaqa rəhbərlik edən prokuror Robert Mülleri əngəlləməyə çalışdığına inandığını bildirib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26