Interposta.Info

Ailə dağıdan prezident –

Dünya
 13-05-2017, 19:18     652

Donald Tramp faktoru ABŞ-da insanların evlilik və dostluq həyatlarına da təsir edirmiş.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın Wakefield Research araşdırma şirkəti Trampın seçilməsinin ölkədəki nikahlara mənfi təsir göstərdiyini aşkar edib.

Sorğu min amerikalı içində 12-18 aprel arası dövrdə aparılıb. Məlum olub ki, respondentlərin 11%-i yeni prezidentin ucbatından yaranan siyasi fikir ayrılıqılarına görə ya görüşmürlər, ya da ümumiyyətlə boşanıblar. Xüsusilə 35 yaşa qədər olan qrupda bu cəhət özünü daha çox büruzə verib. Həmin yaş qrupundan olan insanların 22%-i Trampın apardığı siyasətlə bağlı olaraq öz münasibətlərini davam etdirə bilmədiklərini söyləyiblər.

Donald Trampın hələ “boşatdıra” bilmədiyi evli cütlüklərdə də ciddi problemlər yaranıb. Onların da 22%-i Trampın seçilməsinin nikah münasibətlərindəki atmosferə mənfi təsir etdiyini boyunlarına alıblar.

Lakin yeni prezident bunların içərisində ən çox gənc amerikalıların “arasını vurub”. Belə məlum olub ki, Tramp gənclər içərisində qarşılıqlı anlaşmaya ciddi mane olurmuş (35%).

Respublikaçı liderin ailələr içərisində mübahisə və münaqişələrə baiskar olduğu da aşkar edilib. Respondentlərin 24%-i Tramp seçildikdən sonra öz partnyorları ilə görünməmiş dərəcədə dava-dalaş apardıqlarını qeyd ediblər. Onların 33%-i isə Trampa səs verdiyinin aşkar olunması təqdirdə öz həyat yoldaşlarından ayrılmağa hazır olduğunu bildiriblər.

Donald Trampın seçilməsi təkcə romantik münasibətlərə deyil, həm də ailə və dost bağlantılarına da ciddi təsir göstərib.
Reuters və İpsosun 2016-cı ilin sonu 2017-ci ilin yanvarında apardığı sorğuya görə, respondenttlərin 16%-i seçkilərə görə öz ailə üzvləri və dostları ilə münasibətləri bitirblər, 17% isə sosial şəbəkələrdə onları bloklayıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26