Interposta.Info

Trampın ən sadiq vəkili onu "heç nəyə" satdı

Dünya
 19-01-2019, 09:13     10 407

ABŞ prezidentinin keçmiş vəkili Maykl Koen xüsusi prokuror Robert Müllerə ifadə verərək bildirib ki, Trampdan şəxsən Konqresə Moskvadakı göydələnlə bağlı danışıqların başa çatmasının müddəti ilə əlaqədar yalan məlumat verməklə bağlı göstəriş alıb.

Virtualaz.org xəbər verir ki, bu cür iddia ilə hüquq-mühafizə orqanlarına istinadən “BuzzFeed” nəşri çıxış edib.

Mənbəyə görə, Koen bildirib ki, 2016-cı ildə ABŞ-dakı seçkilərdən sonra Tramp ona tapşırıb ki, Moskvadakı tikinti haqda danışıqların 2016-cı ilin yanvar ayında nəticəsiz başa çatması barədə məlumat versin. Əslində isə bu bir neçə ay sonra baş verib.

Bundan əlavə, Koenin sözlərinə görə, respublikaçılardan prezidentliyə namizəd olduğu dövrdə Tramp ona Rusiyaya səfər etmək təklifini edib. O vaxt prezidentliyə namizəd Tramp Koenin Rusiya prezidenti ilə görüşün təşkil edilməsi ideyasını da dəstəkləyibmiş.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26