Interposta.Info

Tramp vaxtilə Putinə 50 milyon dollarlıq ev bağışlamaq istəyib

Dünya
 1-12-2018, 13:15     502

ABŞ prezidenti Donald Trampın şəxsi şirkəti “Trump Organization” vaxtilə Moskvada “Trump Tower” göydələnini tikərək, üstəlik, burada Rusiya prezidenti Vladimir Putinə “penthaus” ev bağışlamaq istəyib.

Musavat.com xarici agentliklərə istinadən xəvər verir ki, bu barədə “BuzzFeed” saytı məlumat yayıb.

Yazıda Moskvada lüks mənzillərin 50 miyon dollar olduğu xüsusi qeyd edilir. Həmin dövrdə Trampın şəxsi vəkili Maykl Koen göydələnin tikilməsi halında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovla əlaqə saxlayaraq şefinin Putinə belə bir bahalı hədiyyə vermək istədiyini söyləyib. Koenin hələ 2016-cı ilin yanvarından Tramp qülləsinin tikilməsində yarıdm göstərməsi üçün Peskovdan kömək umduğu bildirilir.

Daha sonra Koen Konqres üzvləri qarşısında etirafında bu məktubu ABŞ-ın qaranlıq biznesmenlərindən sayılan, Rusiya əsilli Feliks Saterin məsləhəti ilə göndərdiyini boynuna alıb.

Koen həmin vaxt məktubna cavab gəldiyini xatırlamadığını bildirib. Onun sözlərinə görə, məktub göndərildikdən bir həftə sonra qüllə layihəsi ləğv olunub.

Lakin Trampın Ruisya ilə əlaqələrinin araşdırılması zamanı Koenin Konqres üzvlərinə yalan danışdığı ortaya çıxıb.
Tramp vaxtilə Putinə 50 milyon dollarlıq ev bağışlamaq istəyib
Belə ki, “Tramp qüllələri” layihəsi, Koenin dediyi kimi, 2016-cı ilin yanvarında deyil, iyul ayında dayandırılıb. Həmin vaxtda isə ABŞ-da seçkiqabağı kampaniya özünün ən qızğın çağını yaşayırmış. Özü də məktub göndərildikdən 4 gün sorna Peskov Koeni Moskvaya dəvət edib.

Bunu keçmiş vəkil noyabrın 29-da etiraf etməyə məcbur qalıb.

Vəkil əvvəllər söylədiyi yalanı prezidentə sadiqliyi və onu pis vəziyyətə qoymaq istəməməsi ilə izah edib.
Tramp vaxtilə Putinə 50 milyon dollarlıq ev bağışlamaq istəyib
Bundan başqa, Rusiya xüsusi xidmət orqanları ilə də qaranlıq əlaqələrə malik olduğu deyilən Felks Sater həmin dövrdə Koenə Peskovun onu Sankt Peterburqdakı iqtisadi Forumda görmək istədiyini söyləyib. Burada Koeni Putin və Medevedevə təqdim etmək də planlaşdırılıb.

Sater özü bunu Buzfeed saytına belə izah edib: “Mənim istəyim Putinə 50 milyon dollrlıq mənzil verib qalan tikinti üçün əlavə 250 milyon dollar almaq olub. Putinlə eyni mənzildə yaşamaq üçün Rusiyanın bütün oliqarxları sıraya düzülərdi”.

ABŞ liderinin özü yenə də haqqındakı bu iddiaları “növbəti cadugər ovu adlandırıb. Tramp tvitterdə həqiqətən müəyyən dövrdə Rusiyada tikinti ilə məşğul olmaq istədiyini, lakin heç bir təminat almadığı üçün bu layihədən vaz keçdiyini bildirib.

İnterPosta.info
Tramp vaxtilə Putinə 50 milyon dollarlıq ev bağışlamaq istəyib

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26