Interposta.Info

Ağ Ev Trampın Putinə nəyə görə təşəkkür etdiyini açıqlayıb

Dünya
 15-12-2017, 15:54     10 418

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinə Birləşmiş Ştatların iqtisadi uğurlarını dəyərləndirdiyi üçün təşəkkür edib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Trampın mətbuat katibi Sara Sandersin bəyanatında deyilir.

Dekabrın 14-də Vladimir Putin ənənəvi böyük mətbuat konfransında Tramp zamanında “obyektiv şəkildə ciddi nailiyyətlər gördüyünü” bildirib. Rusiya prezidentinin sözlərinə görə, bu, sərmayəçilərin ABŞ iqtisadiyyatına etibarından xəbər verir.

Həmin gün axşam saatlarında iki ölkənin liderləri arasında telefon danışığı olub. Onlar ikitərəfli münasibətləri, həmçinin böhranlı nöqtələrdə, o cümlədən Koreya yarımadasında vəziyyəti müzakirə ediblər.

Kremlin mətbuat xidməti telefon danışığının Amerika tərəfinin təşəbbüsü ilə baş tutduğunu bildirib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26