Interposta.Info

Trampın qərargah rəhbərinə 80 illik cəza verilə bilər

Dünya
 31-10-2017, 07:46     8 706

Donald Trampın seçki qərargahının sabiq rəhbəri Pol Manafort 80 il müddətinə azadlıqdan məhrum edilə bilər.

APA-nın məlumatına görə, bu barədə “Associated Press” agentliyi xəbər verib.

Manafortun tərəfdaşı Rik Geytsi isə 70 illik cəza gözləyə bilər.

Məlumata əsasən, prokurorlar qərarın sərtləşdirməsinə imkan verəcək əlavə faktlar təqdim edə bilərlər.

Bu gün Donald Trampın seçki qərargahının rəhbəri və müşaviri olmuş Pol Manafort və onun tərəfdaşı Rik Geytsə qarşı 12 maddə üzrə rəsmi ittiham elan olunub. İttihama görə P. Manafort və R. Geyts 2006-2016-cı illərdə Ukraynada lobbiçilik fəaliyyətlərinə görə on milyonlarla dollar pul alıblar.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26