Interposta.Info

ABŞ konqresmeni:

İqtisadiyyat
 14-08-2018, 08:13     10 382

Amerikalı konqresmen Devin Nunes bildirib ki, Avropa Azərbaycandan İtaliyaya Transadriatik qaz kəmərinin (TAP) çəkilməsini dəstəkləməlidir.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Washington Examiner" nəşri yazıb.

Onun sözlərinə görə, bu qaz kəməri Avropanın Rusiya qazından asılılığının azaldılmasının yeganə üsuludur. Belə olan halda, Avropa ölkələri, xüsusilə də, Almaniya daha "Rus ayısı"nı pul ilə bəsləməyəcək.

Nunes həmçinin bildirib ki, bu qaz kəməri üçün yeganə maneə Rusiyanın İtaliyada apardığı təbliğatdır. Moskva bu təbliğatın köməkliyi ilə layihənin həyata keçirilməsinə mane olmaq məqsədi ilə yalan məlumat yayır.

"Transadriatik qaz kəmərinin tikintisi ilə Avropa üçün daha bir qaz mənbəyi yaranmış olacaq. Bu vəziyyət Avropa ölkələrinin Rusiya qazından asılılığını aşağı salacaq", - deyə konqresmen əlavə edib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26