Almanlar ölkədə ABŞ nüvə arsenalının yerləşdirilməsinə qarşı çıxdılar
Almaniya əhalisinin əksəriyyəti (86%) ölkədə ABŞ-ın nüvə silahlarının yerləşdirilməsinin qətİ əleyhinə olub.
“Kantar İctimai rəy araşdırma institutu”nun “Greenpeace” təşkilatının sifarişi ilə keçirdiyi sorğuda belə bir nəticə ortaya çıxıb.
Sorğu Orta və kiçik məznilli raketlərin ləğvi haqqında müqavilənin qüvvəsinin itirməsi öncəsində keçirilib.
Respondentlərin 75%-i Almaniyada yerləşdirilən nüvə silahından dolayı özlərini təhlükəsiz hiss etmədiklərini deyiblər. 84% həmin silahların ümumiyyətlə ölkədən çıxarılmasından yana olduğunu bildirib. 82% isə nüvə arsenalının bütün dünyada ləğv olunmasını istəyib.
Soğruda iştirak edənlərin hər 10 nəfərdən 9-u Almaniyanın BMT-nin bütün dünyada nüvə silahının qadağan oluması haqqında sazişə qoşulmalı olduğunu söyləyib.
“Sorğunun nəticələri AFR hökumətinə orta mənzilli nüvə raketlərinin ölkəyə gətirilməsinə icazə verməməsi barədə verilən ciddi siqnaldır”,-deyə “Greenpeace”in Almaniyadakı nümayəndəsi Kristof fon Liven “DW” saytına söyləyib. Onun sözlərinə görə, Almaniya nüvə silahıın tətbiqi təhlükəsinə görə öz ərazisindəki bu tip silahların hamısını çıxarmalıdır. “Əks təqdirdə biz yeni silahlanma yarışının ortasında qalacağıq”, - deyə fon Liven qeyd edib.
Məlum olduğu kimi, ötən əsrin 50-ci illərindən bu yana ABŞ Almaniyanın Reynland-Pfalts federal əyalətində yerləşən Büxel hərbi bazasında 20 atom bombası saxlayır.
Almaniya özü NATO-nun planlaşdırma qrupunda yer alır. Bu qrupdakı üzvlük AFR-i alyansın nüvə proqramında iştirakını məcburi edir. Çünki bunun sayəsində rəsmi Berlin NATO-nun nüvə silahından isifadə olunmaqla həyata keçirəcəyi əməliyyatların planlaşdırılmasında və tətbiqi barədə veriləcək qərarda səsə malik olacaq. Bunun əvəzində isə Almaniya öz üzərinə Alyansa atom silahını daşıyacaq hərbi təyyarələr verməyi, habelə ərazisində nüvə silahlarını saxlamaq öhdəliyini götürüb./musavat.com
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26