Interposta.Info

ABŞ və Rusiya nüvə sayını azaltdı -

Dünya
 19-06-2018, 19:46     10 499

Stokolm Sülh Araşdırmaları İnstitutu nüvə silahlı ilə bağlı müxtəlif ölkələrin illik statistikasını açıqlayıb.

Axar.az xəbər verir ki, hesabatda nüvə silahlarının sayını artıran və azaldan ölkələrin adları qeyd olunub.

Statistikaya görə, ABŞ son bir il ərzində nüvə silahlarının sayını 6800-dən 6450-ə, Rusiya isə 7000-dən 6850-ə endirib.

Çin, Hindistan və Pakistan isə nüvə silahı sayını 2016-cı illə müqayisdə bir qədər artırıb.

İngiltərə, Fransa, İsrail və Şimali Koreyanın nüvə silahlarının sayında əvvəlki illə müqayisədə dəyişiklik olmayıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26