Interposta.Info

Tramp Putinə meydan oxudu: Ən güclü nüvə silahı...

Dünya
 24-03-2018, 00:50     10 542

ABŞ dünyanın ən güclü nüvə silahına sahibdir. Lakin biz onu əsla istifadə etməyəcəyik.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.

“Biz müdafiəyə 654,6 milyard dollar vəsait qoymuşuq. Heç kim əvvəlki kimi deyə bilməz ki, bizim ordumuz geri qalır. Biz nüvə sistemlərinə, onların yenilənməsinə, sualtı gəmilərə çox pul xərcləyirik. Dünyanın ən güclü nüvə sistemlərinə malik olacağıq. Ümid edirəm ki, biz nüvə silahını istifadə etməyəcəyik”, - deyə Ağ Ev rəhbəri bildirib.

Qeyd edək ki, D.Tramp bu gün 2018-ci il hərbi büdcəsini təsdiqləmişdi.

Onu da əlavə edək ki, Rusiya lideri Vladimir Putin də bir müddət əvvəl bənzər çıxış edərək, ölkəsinin ən güclü və modern texnologiyalı silahlara sahib olduğunu demişdi.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26