Interposta.Info

ABŞ İranla nüvə sazişindən rəsmən imtina etdi

Dünya
 8-05-2018, 22:56     10 406

ABŞ nüvə sazişindən imtina edib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə təşkil edilən mətbuat konfransında deyib. O, ABŞ-ın İranla bağlanan nüvə sazişindən çəkilməsi barədə qərarını rəsmən elan edib.

****
ABŞ prezidenti Donald Tramp Fransa prezidenti Emmanuel Makronla telefon danışığı zamanı ABŞ-ın İranla bağlanılan nüvə sazişindən imtina edəcəyini söyləyib.

Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ-ın "The New York Times" dərgisi yazıb.

Hökumətə yaxın mənbənin verdiyi məlumata görə, ləğv edilmiş bütün sanksiyalar yenidən əvvəlki vəziyyətinə qaytaracaq və İrana qarşı əlavə iqtisadi cəzalar da tətbiq ediləcək.

Fransa prezidenti isə mətbuata açıqlamasında Trampla telefon danışığında Nüvə sazişi məsələsini müzakirə etmədiklərini bildirib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26