Interposta.Info

Bıçaqlanan müşavir və komendantla bağlı yeni məlumat

Ölkə
 28-07-2021, 15:32     383

Bakı Dövlət Universitetində (BDU) baş verən bıçaqlanma hadisəsinin səbəbi məlum deyil. Bu barədə "İnterPosta"ya BDU-nun mətbuat xidmətinin rəhbəri Günel Orucəliyeva bildirib. O əlavə edib ki, hazırda bu hadisə ilə bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır.

Məlumat üçün deyək ki, BDU-nun əsas korpusunda sözügedən universitetin rektorunun maliyyə məsələləri üzrə müşaviri Mirzə Mirzəyev və komendant Şahlar Bəgalıyev bıçaqlanıb. Hadisəni törədən isə BDU-nun təsərrüfat şöbəsinin işçisi İsmixan Mirzəyev olub.

Günel Orucəliyeva bildirib ki, Mirzə Mirzəyevlə Şahlar Bəgalıyevin vəziyyəti yaxşıdır. "Hər şey qaydasındadır, müalicələrinin davam etdirirlər”, - deyə o əlavə edib.

Seyid


İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26