Interposta.Info

Bakı sakini anasını və xalasını bıçaqlayıb

Ölkə
 27-09-2021, 09:28     337

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hadisə Maştağa qəsəbəsində qeydə alınıb.

Belə ki, 1972-ci il təvəllüdlü Mirzəyeva Zöhrə Şirxan qızı oğlu Orxan Mirzəyevlə mübahisə edib. Mübahisə zamanı O.Mirzəyev anasına bıçaqla bir neçə zərbə vuraraq ağır xəsarətlər yetirib. Hadisəni törədən şəxsin xalası 1977-ci il təvəllüdlü Şirinova Zöhrə Şirxan qızı tərəfləri ayırmaq istəyərkən o da bıçaqlanıb. Ağır xəsarət alan qadınlar xəstəxanaya çatdırılıb. Həkimlərin verdiyi məlumata görə, Z.Mirzəyevanın vəziyyəti ağırdır./apa

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26