Interposta.Info

Qızları Türkiyə universitetində birinci olan ata:

Gündəm
 3-12-2017, 11:30     10 494

Türkiyənin Bahçeşəhir universitetini (BAU) birinciliklə bitirən azərbaycanlı məzun bacılar - Günel və Xeyransa Musayevalardan xəbər var.

"XeberBiz" xəbər verir ki, Musayeva bacılarının atası Elşad Musayev modern.az-a açıqlamasında qızlarının gələcək planlarından söz açıb:

"Qızlar hazırda magistr pilləsi üzrə təhsillərini davam etdirirlər. Elə həmin Baxçeşehir Universitetindədirlər. Bundan sonra yenə də təhsillərini davam etdirmək istəyirlər. Bu dəfə doktranturada oxumaq fikirləri var. Qızlara iş təklifləri də gəlir. Artıq Günel özəl şirkətlərin birində işə başlayıb. Bu iş onun təcrübə qazanması üçün çox önəmlidir”.

Musayeva bacılarının Azərbaycanda işləməsinə gəlincə, Elşad Musayev yaxşı təklifə "yox” deməyəcələrini bildirib:

"Azərbaycan bizim vətənimizdir. Övladlarımıza ona görə yaxşı təhsil veririk ki, ölkəmizə, millətimizə xidmət etsinlər. Əgər Azərbaycan onları qəbul etməsə, ölkədən kənarda işləmək məcburiyyətində qalacaqlar”.

Qeyd edək ki, Türkiyənin Baxçeşəhir Universitetinin Beynəlxalq Maliyyə və İqtisad fakültəsinin azərbaycanlı məzunu Günel Musayeva bu il universitet birincisi olub və "Altun beyin” ödülü qazanıb. Baxçeşəhir Universitetinin Beynəlxalq maliyyə və Menecment fakültəsinin azərbaycanlı məzunu Xeyransa Musayeva isə yüksək nəticə göstərərək universitet üçüncüsü olub. Xeyransa Musayeva Günel Musayevanın bacısıdır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26