Azərbaycanda eyni şəxsə məxsus 6 şirkət ləğv olunur

Azərbaycanda eyni hüquqi ünvanda dövlət qeydiyyatına alınmış “İntellekt-S” MMC, “RD Trest” kiçik müəssisəsi, “Avisenna-M” ŞF, “Saturn-SS”, “Atilla” və “Qartal-K” MMC-lər ləğv olunduğunu elan edib.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən verilən xəbərdə deyilir.
Məlumatda deyilir ki, kreditorlar tələblərini 2 ay ərzində Bakı şəhəri, Xəzər rayonu, L.Starçuk küçəsi, ev 198A ünvanına bildirə bilərlər.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26