Interposta.Info

700 min manatlıq şirkət ləğv olunur

İqtisadiyyat
 17-02-2021, 14:06     533

"Caspian Pharmed" QSC ləğv olunduğunu elan edir.

"İnterPosta"xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini Az1029 Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 2023-cü məhəllə, ev 92 "A" ünvanına bildirə bilərlər.

Qeyd edək ki, Pirallahı Sənaye Parkında qeydiyyatdan keçmiş Azərbaycan-Rusiya birgə müəssisəsi olan "R-Pharm” Məhdud Məsuliyyətli Cəmiyyəti və Azərbaycan-İran birgə müəssisəsi olan "Caspian Pharmed” Qapalı Səhmdar Cəmiyyəti 668 min manat nizamnamə kapitalına malikdir. "Caspian Pharmed” QSC-nin dərman istehsalı zavodlarında əsasən ağrıkəsicilər, iltihab əleyhinə, antibiotik, antihistamin, kardioloji, antidepresant, antiepileptik dərmanların istehsalı planlaşdırılmışdı.

Şirkət 17.03.2017-ci il tarixində yaradılıb.\qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26