Interposta.Info

Hacı Əliyev  Şərif Şərifovun vətənində - VİDEO

Ölkə
 25-05-2021, 22:24     507

Sərbəst güləş üzrə Azərbaycan millisi Olimpiya Oyunlarına hazırlığı davam etdirir.

Yığmamız mayın 17-dən etibarən baş məşqçi Namiq Abdullayev və böyük məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi altında Mahaçqalada təlim-məşq toplanışı keçir.

Dağıstanda yerli güləşçilərlə birgə təşkil olunan hazırlıq prosesində Hacı Əliyev (65 kq), Hacımurad Hacıyev (74 kq) və Şərif Şərifov (97 kq) iştirak edir. Təlim-məşq toplanışı həm fiziki, həm də taktiki-texniki hazırlıq üzrə çalışmaları əhatə edir.

Komandamız iyunun 8-dən 13-dək Varşavada keçiriləcək “Poland Open” turnirinin startınadək Mahaçqalada məşqləri davam etdirəcək. Daha sonra isə reytinq turnirində iştirak etmək üçün Polşaya yollanacaq.

Qeyd edək ki, həmin yarışda ölkəmizi təmsil edəcək yunan-Roma və qadınlardan ibarət millilərimizin üzvləri də ölkə xaricindədir. Qadın güləşçilərimiz mayın 24-də Bolqarıstanda yerli komandayla birgə təlim-məşq toplanışına başlayıbsa, klassik güləşin nümayəndələri sabahdan Macarıstanda hazırlıq prosesinə start verəcək./hit.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26