Interposta.Info

Tanınmış jurnalistə yüksək vəzifə verildi

Ölkə
 1-04-2021, 11:33     511

Əməkdar jurnalist Səadət Məmmədova CBC TV-nin Xəbərlər və İnformasiya Departamentinin direktoru vəzifəsindən ayrılıb.

"İnterPosta" xəbər verir ki, o, bundan sonra ATV-də fəaliyyət göstərəcək. S.Məmmədova ATV prezidentinin informasiya yayımı üzrə müşaviri təyin edilib.

Qeyd edək ki, CBC TV 2021-ci ildən yeni yayım konsepsiyasına keçib. Telekanal yalnız bir dildə - rusca yayımlanır. Azərbaycan dilində xəbərlərin və verilişlərin yayımı dayandırılıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26