Interposta.Info

ATV-nin yayımı niyə dayanıb? —

Ölkə
 6-03-2017, 22:07     1 016

ATV-nin yayımı niyə dayanıb? —

“Azad Azərbaycan” Televiziyasının (ATV) yayımında yaranmış problemlə bağlı məsələyə aydınlıq gətirilib

“Azad Azərbaycan” telekanalının İctimai-siyasi məsələlər və ictimaiyyətlə əlaqələr departamentinin direktoru Turan İbrahimov Ölkə.Az-a bildirib ki, kanalın yayımı ən geci 15-20 dəqiqə ərzində bərpa olacaq.

“38 saylı ATS tərəfindən görülən profilaktik tədbir zamanı qəza baş verib. Nəticədə telekanalın və FM radiolarının yayımı üçün çıxış rolu oynayan kabelləri yanlışlıqla zədələnib. Bunun nəticəsində də ATV-dən yayımın çıxışı ləngiyib. Yəni, yayım üçün lazım olan yerlərə çatmağa maneələr əmələ gəlib. Ona görə də, yayım dayanıb. Ən gec 15-20 dəqiqəyə yayım bərpa olunacaq”, - deyə Turan İbrahimov bildirib.

Qeyd edək ki, məsələ ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Radio Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinin (Teleradio İB) baş direktoru Əflatun Şərifov bildirib ki, ATV telekanalından Teleradio İB-yə siqnal daxil olmadığı üçün ATV nə rəqəmsal, nə də peykdə yayımlanır:

“Əgər problem bizim tərəfimizdən olsaydı, yerdə qalan digər telekanalların da yayımı dayanardı. Yalnız ATV telekanalından bizə siqnalı daxil olmur. Siqnal bizə daxil olmalıdır ki, biz onu həm rəqəmsala, həm peykə verə bilək. Digər telekanallar normal qaydada yayımlanır. Yaxşı olardı ki, ATV telekanalı bu məsələyə aydınlıq gətirsin”, - deyə baş direktor qeyd edib.
20:10
----------------
“Azad Azərbaycan” Televiziyasının (ATV), 106 və 106.3 FM radiolarının yayımı bərpa olunub.

ATV telekanalı, 106 və 106.3 FM radioları əvvəlki qaydada fəaliyyətini davam etdirir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26