Interposta.Info

İbrahim Borçalının oğlu bu qəzada ölüb (FOTOLAR)

Ölkə
 18-07-2020, 16:10     705

Xəbər verdiyimiz kimi, tanınmış müğənni İbrahim Borçalının oğlu Rəhim Marneuli avtomobil qəzasında həlak olub. Hadisə Marneulinin Şulaver kəndində baş verib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, BMW markalı avtomobil yüksək sürətlə ötmə əməliyyatını yerinə yetirərkən sürücü idarəetməni itirib və avtomobil yoldan çıxaraq aşıb. Qəza nəticəsində avtomobildə olan iki nəfər ölüb.

Şahidlərin sözlərinə görə, avtomobilin sürücüsü hadisə yerində həyatını itirib, sərnişinin xəstəxanaya çatdırılmasına baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Hazırda hadisə yerində ekspertlər işləyir.

Avtomobilin sürücüsünün İbrahim Borçalının oğlu Rəhim olub.

İnterPosta.info



Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26