Interposta.Info

İsmayıllıda dəhşətli qəza: ölənlər və yaralanan var (ADLAR)

Ölkə
 14-04-2019, 17:52     10 506

İsmayıllı rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsində xəsarət alanların şəxsiyyəti məlum olub.

İnterPosta.info "Report"a istinadən xəbər verir ki, İsmayıllının Lahıc qəsəbəsi və Şamaxının Dəmirçi kəndini birləşdirən avtomobil yolunda "BMV" markalı minik avtomobilinin yoldan çıxaraq aşması nəticəsində Oğuz rayonu Padar kənd sakini, 1979-cu il təvəllüdlü Kərimov Kənan Səyyah oğlu, Abşeron rayonu Xırdalan şəhər sakini, 1986-cı il təvəllüdlü Əliyev İsa Rövşən oğlu və Masazır qəsəbə sakini, 1983-cü il təvəllüdlü Allahverdiyev Ramin Yaqub oğlu hadisə yerində ölüblər.

Faktla bağlı İsmayılll rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

***

İsmayıllı rayonunda ağır yol qəzası baş verib.

İnterPosta.info "Report"a istinadən xəbər verir ki, hadisə İsmayıllı-Lahıc-Dəmirçi yolunun 5-ci kilometrliyində, rayonun Əhən kəndi ərazisində baş verib.

Lahıcdan Şamaxı istiqamətində hərəkət edən BMW markalı minik avtomobilinin sürücüsü nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə avtomobil yolun kənarına aşıb.

Qəza zamanı 3 nəfər hadisə yerində ölüb. Daha 1 nəfər isə ağır xəsarətlə Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26