Azərbaycanda gənc qız burun əməliyyatı zamanı öldü (YENİLƏNİB)

Qax Mərkəzi Rayon Xəstəxanasında burun əməliyyatında ölən qız şoka düşüb.
"İnterPosta" xəbər verir ki, Bu barədə Oxu.Az-a Qax Mərkəzi Rayon Xəstəxanasının direktoru Tərlan Əhmədzadə məlumat verib.
Onun sözlərinə görə, pasiyent əməliyyata hazırlıq zamanı şoka düşüb:
"Əməliyyatdan öncə xəstəyə 0,5%-li lidokain inyeksiya edilib”.
Həkimin sözlərinə görə, xəstə bir anda anafilaktik şoka düşüb:
"Xəstəni şok vəziyyətdən çıxarmaq üçün həkimlər tərəfindən zəruri tədbirlər görülüb. Bir neçə saat süni tənəffüs aparatına qoşulub. Lakin təəssüf ki, xəstənin həyatını xilas etmək mümkün olmayıb”.
***09:48
Qax rayonunda xəstəxanada ölüm hadisəsi baş verib.
Qaynarinfo-nun "Report”a istinadən məlumatına görə, hadisə martın 11-də Qax Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb.
Belə ki, Balakən rayon sakini, 1997-ci il təvəllüdlü Rəyisə Layıcova burun çəpərinin deformasiyası ilə əlaqədar Qax Mərkəzi Rayon Xəstəxanasına müraciət edib.
Xəstəxananın lor-həkimi Əkrəm İmaməliyev tərəfindən əməliyyat edilərkən qızın vəziyyəti cərrahiyyə masasında qəflətən pisləşib. Daha sonra R.Layıcova orada ölüb.
Faktla bağlı Qax rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, zərərçəkmişin ölümü ilə nəticələndikdə) maddəsi ilə cinayət işi başlanıb.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26