Interposta.Info

Şamaxıda öd kisəsindən əməliyyat olunan qadın dünyasını dəyişib

Ölkə
 8-12-2017, 07:32     10 432

Şamaxı rayon xəstəxanasında əməliyyatdan sonra ölüm hadisəsi baş verib.

"Report"un Şirvan bürosu xəbər verir ki, 1968-ci il təvəllüdlü Şamaxı rayon sakini Qönçə Faiq qızı Hüseynova öd kisəsində kəskin ağrılarla Şamaxı Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyə şöbəsinə müraciət edib. Əməliyyat olunan xəstə palataya yerləşdirilib, axşam saatlarında qadının halı pisləşib. Vəziyyəti ağırlaşan Qönçə Hüseynovanın həyatını xilas etmək mümkün olmayıb.

"XeberBiz" bildirir ki, ölümün dəqiq səbəbləri araşdırlır.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26