Interposta.Info

Ağdam sakini Mingəçevirdə cərrahi əməliyyatdan sonra qəflətən vəfat edib

Ölkə
 18-08-2019, 10:00     10 358

Mingəçevir şəhərində 33 yaşlı Ağdam rayon sakini əməliyyatdan sonra qəfil dünyasını dəyişib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, ölüm hadisəsi şəhər xəstəxanasında qeydə alınıb.

Belə ki, Mingəçevrdə məskunlaşan Ağdam rayon sakini Səfərov İmamverdi Şöhrət oğlu qasıq (qrija) nayihəsindən əməliyyat olunub. Əməliyyatdan sonra reanimasiya şöbəsinə yerləşdirilən xəstə bir neçə saat sonra gözlənilmədən dünyasını dəyişib.

Əməliyyatın normal keçdiyi bildirilir. Qəfil ölümün hansı səbəbdən baş verdiyi məlum deyil. Meyit müayinə olunmaq üçün məhkəmə-tibbi ekspertizaya göndərilib.

Faktla bağl araşdırma aparılır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26