Interposta.Info

Nazir şöbә müdiri tәyin etdi

Ölkə
 13-10-2019, 11:23     10 299

Təhsil Nazirliyində kadr dəyişikliyi olub.

"İnterPosta.info" Oxu.Az-a istinadәn xәbәr verir ki, bu barədə müvafiq əmri Təhsil naziri Ceyhun Bayramov imzalayıb.

Əmrə əsasən, Elmira Mürşüdlü Tovuz rayon Təhsil Şöbəsinin müdiri təyin olunub.

E. Mürşüdlü daha öncə Aşağı Quşçu kənd 1 nömrəli tam orta məktəbində direktor vəzifəsində çalışıb. O, bu vəzifədə Validə Hüseynovanı əvəz edib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26