Interposta.Info

Təhsil naziri təyin olundu - Emin Əmrullayev kimdir?

Müxtəlif / Manşet
 27-07-2020, 12:38     2 808

Yeni təhsil naziri təyin olunub.

"İnterPosta" xəbər verir ki, Sfera.az-ın məlumatına görə, Təhsil İnstitutunun direktoru Emin Əmrullayev bu posta təyinat alıb.

Bildirək ki, Emin Əmrullayev peşəkar Təhsil işçisi kimi tanınır.

Təhsil Nazirliyində Təhsilin keyfiyyətinin qiymətləndirilməsi sektorunun müdiri vəzifəsində çalışdığı zaman islahatçı və peşəkar kadr olaraq yadda qalıb.

Sonradan Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri təyin olunub.

2016-cı ilin aprelindən Təhsil Problemləri İnstitutunun (TPİ) direktorunun səlahiyyətləri Emin Əmrullayevə həvalə olunub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26