Interposta.Info

Qazaxıstanda azərbaycanlı brakonyerlərə hökm oxundu:

Ölkə
 27-05-2019, 09:18     10 363

Qazaxıstanda sərhədi qanunsuz keçməkdə və Xəzər dənizində qanunsuz balıq ovlamaqda ittiham edilən Azərbaycan vətəndaşlarına hökm oxunub.

Bu barədə Karakiyan rayon məhkəməsinin mətbuat xidmətinin məlumatında deyilir.

Azərbaycan vətəndaşları ümumilikdə 4 milyon tengedən artıq cərimə ödəməli olacaqlar. Bildirilir ki, cinayət qruplaşması Xəzərin ərazi sularını keçib və qanunsuz balıq ovu ilə məşğul olub. Onlardan hər birinə 500 aylıq hesablama göstəricisi həcmində cərimə və ya 5 il müddətinə həbs cəzası təyin edilib./yeniavaz.com

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26