Natiq Kərimova hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanətdə ittiham olunan Nardaran sakini Natiq Kərimov və Azərbaycan İslam Partiyasının sabiq sədr müavini İnqilab Əhədovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.
Natiq Kərimova 4 il sınaq müddəti olmaqla 7 il şərti cəza, İnqilab Əhədova isə 5 il həbs cəzası verilib.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26