Interposta.Info

Bakıda böyük mağazası olan iş adamının evinə basqın edilib - VİDEO,FOTO

Ölkə
 20-05-2019, 12:24     10 402

Türkiyədə məşhur iş adamı "Sarar” Şirkətlər Qrupunun prezidenti Cəmaləddin Sararın evinə basqın edilib.

İş adamının Eskişehirdəki evinə basqın edən əli silahlı 3 maskalı şəxs əvvəlcə onun və həyat yoldaşı Zəhra Sararın əl-qolunu bağlayaraq girov götürüb.

Dəstə üzvləri bundan sonra mənzildə olan kassadakı bütün pul və qızıl-zinət əşyalarını götürüb qaçıblar.

İş adamı polisə ifadəsində maskalı şəxslərin əcnəbi olduqlarını, Şərqi Avropa ölkələrinin dillərində danışdıqlarını bildirib.

Basqınçılar əcnəbi olduğundan Türkiyə İnterpolu da əməliyyat-axtarış tədbirlərinə qoşulub.

Qeyd edək ki, "Sarar”ın mağazalar zəncirinin Bakıda da mağazası var./Baku.ws

İnterPosta.info


Bakıda böyük mağazası olan iş adamının evinə basqın edilib - VİDEO,FOTO
Bakıda böyük mağazası olan iş adamının evinə basqın edilib - VİDEO,FOTO

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26