Interposta.Info

Xətai rayonunda 55 yaşlı kişini avtomobil vuraraq öldürüb

Ölkə
 12-05-2019, 08:35     10 451

Xətai rayonunda bir nəfərin ölümünə səbəb olan yol qəzası qeydə alınıb.

ONA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Muxtarov Hüseyn idarə etdiyi "Toyota" markalı avtomobillə hərəkət edən zaman yolun piyada üçün nəzərdə tutulmayan hissəsindən qəfil onun qarşısına piyada çıxıb.
Nəticədə idarəetməni itirən avtomobil piyadanı vurub.

Zərbənin təsirindən piyada, təxminən 50-55 yaşlı kişi hadisə yerində ölüb.

Faktla bağlı əraziyə Xətai Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.
Avtotexniki ekspertiza təyin edilib. Sürücü H.Muxtarov polis əməkdaşları tərəfindən saxlanılıb.

İnterPosta.info
Xətai rayonunda 55 yaşlı kişini avtomobil vuraraq öldürüb
Xətai rayonunda 55 yaşlı kişini avtomobil vuraraq öldürüb
Xətai rayonunda 55 yaşlı kişini avtomobil vuraraq öldürüb

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26