Interposta.Info

Bakıda qadını avtomobil vuraraq öldürüb -

Ölkə
 9-11-2017, 10:40     9 972

Gecə saatlarında Bakının Səbail rayonu ərazisində piyadanı avtomobil vurub.

interposta.info apa-ya istinadən məlumatına görə, nəticədə piyada hadisə yerində dünyasını dəyişib.

Yol qəzası Salyan yolu şossesində qeydə alınıb. Təxminən 35-40 yaşlarında olan qadın yolu keçmək istəyərkən onu "Jeep Grand Cherokee" markalı nəqliyyat vasitəsi vurub. Məlumata görə, sürücü yolun qaranlıq olması səbəbindən zərbə anına qədər piyadanı görməyib. Nəticədə qadın tanınmaz şəklə düşüb.

Yol nəqliyyat hadisəsinin istintaqını Səbail RPİ-nin istintaqçıları araşdırır.

Lent.az-ın məlumatına görə, 1962-ci il təvəllüdlü Şahbazov Əmrulla Sahlar oğluna məxsus 90 FO 007 dövlət nömrə nişanlı "LandRover”in vurub öldürdüyü qadının 1975-ci ildə anadan olmuş Ələkbərova Könül Elton qızı olması müəyyən edilib.
Bildirilir ki, hadisənin baş verdiyi ərazinin yaxınlığında - Dövlət Bayraqı Meydanının qarşısında iki piyada keçidi var. 42 yaşlı Könül Ələkbərova yolun hərəkət hissəsində olarkən sürətlə hərəkət edən avtomobilin altında qalıb. Həmin vaxt maşının sükanı arxasında kimin olması isə hələlik tam dəqiqləşməyib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26