Interposta.Info

Bakıda Türkiyə vətəndaşını maşın vurub -

Ölkə
 7-03-2019, 08:40     10 467

Nizami rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb.

ONA-nın xəbərinə görə, hadisə Babək prospektində baş verib.

Türkiyə vətəndaşı, 1982-ci il təvəllüdlü Kırmaz Serkan Mehti yolu keçərkən onu "Nissan" markalı avtomobil vurub. Nəticədə piyada hadisə yerində dünyasını dəyişib.

Hadisə yerinə gələn Nizami Rayon Polis İdarəsinin əməkdaşları avtomobil sürücüsü İbrahimov Emin Əli oğlunu saxlayıblar. Avtotexniki ekspertiza təyin edilib.

Hadisə şahidlərinin verdiyi məlumata görə, piyada yaxınlıqdakı yeraltı piyada keçiddən istifadə etmək əvəzinə yolun piyada üçün müəyyən edilməmiş hissəsindən keçib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26