Interposta.Info

İran polisi onlarla azərbaycanlı gənci tutuqladı - Ermənilərin qondarma soyqırımı aksiyasına görə

Ölkə
 25-04-2019, 14:10     10 522


Dünən güneyli soydaşımız Tehranda ermənilərin saxta iddiaları üçün təbliğat aparmasına qarşı etiraz etdiklərindən dolayı İran polisi tərəfindən tutulublar.

Əldə edilən məlumata görə, Tehranda “Müqəddəs Serkis Kilisəsi”ndə toplaşan ermənilər qondarma soyqırım iddialarını təkrarlayıb, Azərbaycan və Türkiyə əleyhinə şüarlar səsləndiriblər. İran polisi isə onlara qoruma təmin edib.

Bu duruma etiraz edən Güney Azərbaycanlı soydaşlarımız İran polisi tərəfindən tutuqlanıb. Tutulanların ən azı on nəfər olduğu ifadə edilməkdədir.

Tutulanların bəzilərinin adları belədir:

Əli Novin
Riza Nəziri
Əfşin Nəziri
Aydın Hacızadə
Ruhullah Heydəri

Şahidlərin dediyinə görə İran polisi bu soydaşlarımızı döyərək nəzarət altına alıb və bilinməyən istiqamətə aparıb. İndiyədək bu soydaşlarımızdan xəbər alına bilməyib.

İnterPosta.info

İran polisi onlarla azərbaycanlı gənci tutuqladı - Ermənilərin qondarma soyqırımı aksiyasına görə
İran polisi onlarla azərbaycanlı gənci tutuqladı - Ermənilərin qondarma soyqırımı aksiyasına görə
İran polisi onlarla azərbaycanlı gənci tutuqladı - Ermənilərin qondarma soyqırımı aksiyasına görə
İran polisi onlarla azərbaycanlı gənci tutuqladı - Ermənilərin qondarma soyqırımı aksiyasına görə

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26