Interposta.Info

Bu gün Tehranda Azərbaycan, İran və Rusiya prezidentlərinin üçtərəfli görüşü keçiriləcək

Siyasət
 1-11-2017, 09:14     4 917

Bu gün Tehran şəhərində Azərbaycan, Rusiya və İran prezidentləri arasında üçtərəfli görüş keçiriləcək.

“Report” xəbər verir ki, İlham Əliyev, Vladimir Putin və Həsən Ruhani sammitdə infrastruktur layihələri və energetika sahəsində əməkdaşlıq məsələlərini müzakirə edəcəklər. Sammitin yekununda liderlər birgə bəyanatla çıxış edəcəklər. Bəyanatda gələcək əməkdaşlığın əsas istiqamətləri öz əksini tapacaq.

Bu formatda danışıqlar artıq ikinci dəfə keçiriləcək. Liderlər ilk dəfədir prezident İlham Əliyevin təşəbbüsü ilə 2016-cı ilin avqustunda Bakıda bir araaya gəlmişdilər.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26