Interposta.Info

Türkiyə, Rusiya və İran prezidentləri yenidən bir araya gəlir

Siyasət
 29-12-2018, 19:51     10 439

Yanvarın əvvəlində Rusiyada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, onun rusiyalı həmkarı Vladimir Putin və İran prezidenti Həsən Ruhani arasında üçtərəfli görüş keçiriləcək.

“Report” xəbər verir ki, bunu Rusiya pezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi Mixail Boqdanov bildirib.

Bildirilib ki, görüş Suriyadakı vəziyyətin tənzimlənməsi üzrə Astana danışıqları formatında keçirilir.

M. Boqdanovun sözlərinə görə, sammitin yanvarın birinci həftəsində, prezidentlərin iş cədvəlindən asılı olaraq, keçiriləcəyi nəzərədə tutulub.

Qeyd edək ki, bu formatda sonuncu görüş 2018-ci il sentyabrın 7-də keçirilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26