Interposta.Info

Küçədə qadını təhqir edən şəxs Zakir Fərəcovun əmisi oğlu çıxdı - VİDEO 18+

Ölkə / Manşet
 19-04-2019, 19:18     10 825

Sosial şəbəkələrdə Sumqayıtda kameraya çəkilmiş qalmaqallı video sürətlə yayılmaqdadır. Həmin videoda bir kişi küçənin ortasında qadına hücum edib onu təhqir edir.

Məlumata görə, qəzəblənmiş kişinin sükanı arxasında olduğu avtomobil qadının idarə etdiyi başqa bir maşınla toqquşub.

Hadisədən sonra kişi maşından çıxaraq qadına hücum edib və onu küçə soyuşləri ilə təhqir edib, zərbə endirəcəyi ilə hədə-qorxu gəlib. Bu video minlərlə sosial şəbəkə istifadəçisi tərəfindən izlənilib.

Yerli nəşrlərdən birinin jurnalisti videonun "qəhrəman”ının şəxsiyyətini müəyyənləşdirə bilib. Videoya yazılmış şərhlərdə də istifadəçilər kişinin davranışındakı həyasızlığa və özünə inam hissinə təəccüblənirlər. Təsadüf deyilmiş - belə ki, bu adam Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun əmisi oğlu Novruz Fərəcov imiş.

Küçədə qadını təhqir edən şəxs Zakir Fərəcovun əmisi oğlu çıxdı - VİDEO 18+

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə məmurları və onların ailə üzvlərini sadə olmağa və vətəndaşlarla hörmətlə davranmağa çağırıb. Ələlxüsus, dövlət başçısı məmurlara tövsiyə edib ki, vətəndaşlara xidmət etdiklərini unutmasınlar.

Nazirlər Kabinetinin iclaslarından birində çıxış edərkən Azərbaycan Prezidenti xüsusi olaraq qeyd etmişdi ki, bəzi vəzifəli şəxslərin uşaqları özlərini həyasızcasına aparır, insanları təhqir edir, özlərini idarə edə bilmirlər: "Onlara cəmiyyətdə bu statusu kim verib?! Onların ümid etdikləri şəxsləri vəzifəyə mən təyin etmişəm. Lazım bilsəm, elə özüm də vəzifədən azad edəcəyəm. Əgər bir də eşitsəm ki, hansısa ailənin üzvü xuliqanlıq edir, özünü nalayiq aparır, həmin adam həbs ediləcək, atası isə vəzifəsindən uzaqlaşdırılacaq. Qoy bunu hamı bilsin!” – İlham Əliyev bildirmişdi./virtualaz.org

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26