Interposta.Info

Zakir Fərəcov Ali məhkəmədən İkram Rəhimovun həbsini tələb edir

Ölkə
 9-10-2017, 23:18     10 570

Sabah saat 12 -də Ali məhkəmədə hakim Gülzar Rzayevanın sədrliyi ilə Sumqayıt icra başçısı Zakir Fərəcovun və onun şəriki “Ən Ucuz” marketlər şəbəkəsinin rəhbəri Vüqar Rəsul oğlu Qələndərovun Realliq.info saytının baş redaktoru İkram Rəhimova qarşı qaldırdığı xüsusi ittiham qaydasında şikayətinə baxılacaq. Sumqayıt Apellyasiya məhkəməsinin qərarından narazı qalan icra başçısı baş redaktorun yenidən həbs olunmağını tələb edir. İkram Rəhimov isə məhkəmədən bəraət tələb edir.

Xatırladaq ki, 25 noyabr 2016 cı ildə Sumqayıt şəhər məhkəməsinin hakimi İlyas Mahmudov Zakir Fərəcovun sifarişi ilə Realliq.info saytının baş redaktorunun 1 illik azadlıqdan məhrum etməsi barədə qərar çıxartmışdı. 3 ay həbsdə qalan baş redaktor Sumqayıt Apellyasiya məhkəməsinin hökmü ilə məhkəmə zalından azadlığa buraxıb. İcra başçısı Zakir Fərəcov apellyasiya məhkəməsinin hökmünü ədalətli hesab etməmiş və Ali məhkəməyə üz tutub. İkram Rəhimovu susdurmaq və yazıların qarşısını almaq üçün bütün iyrəncliklərə əll atan icra başçısı Ali məhkəmədə uğur qazanacağına inanır. Realliq.info – nun baş redaktoru isə Zakir Fərəcovun çoxdan məğlub olduğunu qeyd edir və Ali məhkəmənin bəraət verməyəcəyi halda Avropa Məhkəməsinə üz tutacağını bildirib.

Sabah məhkəmə prosesinin gedişi barədə ətraflı məlumat verəcəyik.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26